17:28 VENERAYA ROBOT GÖNDƏRILƏCƏK | |
Venera Günəş sisteminin ən sərt yerlərindən biridir. Buna görə də o, tədqiqat üçün ideal obyektdir. Şübhəsiz ki, Marsa Rover deyilən robot göndərib onun səthi barədə məlumat əldə etmək əla ideya olsa da, weblaboratory.org. saytının verdiyi xəbərə görə, NASA yeni üfüqlər açmaq istəyir. Venerada inanılmaz istidir, orada atmosfer təzyiqi yüksəkdir, çox böyük tünd rəngli sulfat turşusu buludları vardır, daha doğrusu, onu "cəhənnəm” adlandırmağa əsas verəcək hər şey var. Bu şəraitdə salamat qalmaq üçün robot möhkəm və ağıllı, həm də əla vindserfer olmalıdır. Ən maraqlısı odur ki, bu "tədqiqatçı” külək yelkəni ilə təchiz edilmiş Zefirin eyni olacaq. Çox yüksək temperatura davam gətirə biləcək Roverin quraşdırılması nəzəri cəhətdən mümkündür. Selsi cədvəli üzrə 450 dərəcə çox yüksək temperaturdur, amma o dərəcədə yox ki, Yerin bütün metalları ondan qorxsun. Deməli, Rover çox ağır olacaq və çətinliklə hərəkət edəcək. Bununla yanaşı NASA komandası küləkdən istifadə ideyasını araşdırır. Orada hava nisbətən sakit olsa da və güclü külək əsməsə də, çox böyük təzyiq o deməkdir ki, ən xəfif yel belə çox enerji verə bilər. Klivlenddə NASA-nın Qlenn adına elmi-tədqiqat mərkəzində layihənin başçısı Ceffri Lendis izahat verərək deyib: "Roverin yelkəni bir qədər qeyri-adi olacaqdır. Daha az enerji sərf etməsi üçün onun yalnız iki səyyar hissəsi olacaq. Əslində onun idarə olunması üçün heç bir təchizat lazım gəlməyəcək”. Rover çox hərəkət etməli olmayacaqdır, o, sadəcə yerini dəyişərək tədqiqatlar aparacaqdır. Veneranın səthinin kifayət qədər yastı olduğu nəzərə alınarsa, Roverin külək enerjisi vasitəsilə irəli-geri hərəkət edə bilməsi ideyası çox maraqlıdır | |
|
Всего комментариев: 0 | |