Главная » 2013 » Sentyabr » 5 » Vəfa Zeynalovanın sevişmə səhnəsi müzakirə olunur
18:40
Vəfa Zeynalovanın sevişmə səhnəsi müzakirə olunur

Milli.Az-a açıqlama verən Akademik Milli Dram Teatrının tanınmış aktrisası Sənubər İsgəndərli yaxın dostları Vəfa Zeynalova ilə Nurəddin Mehdixanlını hədəfə alanlara olduqca kəskin ismarıc göndərdi:

Vəfa Zeynalova ilə Nurəddin Mehdixanlını qınayanların, görəsən, aktyor sənətindən xəbərləri var? Bilirlərmi, aktyor peşəsi nə deməkdir? İndi deyəcəklərim bütün akyorlara aiddir.


Məgər biz cani və ya satqın obrazını yaradırıqsa, demək, həm cani, həm də satqınıq? Vəfanın filmdəki o hərəkətini kəsib internetə yerləşdirib gülüş hədəfinə çevirənlər nəyə nail olmaq istədilər? Onların bu hərəkətinə heç cür haqq qazandırmıram.

Vəfa mədəni ailəyə, ağıllı övladlara sahib olan aktrisadır. Həmçinin də Nurəddin müəllim. Nə üçün heç kim filmin rejissoru Yavər Rzayevə sual vermir ki, ay rejissor sən bu səhnə ilə nə demək istəyirdin? Bu gün Azərbaycanda cəmi 3-4 film çəkilir.

Əgər bizə rol verilirsə, sevinirik ki, sənətimizi göstərmək üçün şans yarandı. Niyə görə Nurəddin müəllimi qınayanlar filmdə yaratdığı ölüm səhnəsini görməzdən gəlirlər? Ondan niyə danışmırlar? Mən özüm Nurəddinin ölüm səhnəsini izləyəndə çox təsirlənmişdim.

Başqasını alçatmaqla bəziləri öz səviyyələrini qaldırmaq istəyirlər. Heyf ki, kiməsə lağ etmək cəmiyyətimizdə bir xəstəliyə çevrilib. Bildiyim qədər ssenaridə yazılanların heç 30 faizi filmə köçürülməyib.

Orada Vəfaya çox şeylər söz verilmişdi. Görünür, rejissorun ya istedadı, ya gücü, ya da pulu çatmayıb ki, verdiyi vədə sona qədər əməl etsin. Aktyorun nə günahı var? Filmə heç kim baxmadan aktrisanı necə qınaya bilirlər, bunu başa düşə bilmirəm.

Yaxşı ki, son dövrlər milli mentalitet sözü dilimizə düşüb. Yoxsa nə edərdilər bədxahlar? Mən həm Vəfanın, həm Nurəddin müəllimin yanındayam. Onları dəstəkləyirəm.

Qoy bəzi çəkilməkdə olan filmlərin qeyri-peşəkarlığı gündəmə gətirilsin. Göz önündə aktyorlardır deyə, niyə zərbələr bizə dəyməlidir?..


----------
16:07


Əməkdar artist Vəfa Zeynalovanın "İlahi məxluq” filmindəki sevişmə səhnəsi ilə bağlı son günlər səslənən mənfi fikirlər tanınmış simaların etirazına səbəb olub.

Axşam.az-ın məlumatına görə, günün ən aktual mövzusuna məşhurlardan da cavab gəlib.


Müğənni Roza Zərgərli sosial şəbəkədə Vəfanı müdafiə edərək, onun bu addımına haqq qazandırdığını qeyd edib:

"Yalnız bizdə aktrisanı oynadığı rola görə qınayırlar. Mediada gedən söz-söhbətləri anlamıram. Harada görülüb ki, aktrisanın oynadığı rola görə, özü, şəxsiyyəti müzakirə olunsun? Vəfa Zeynalova gözəl ana, dost, həyat yoldaşı, insan və aktrisadır. Cox pis ki, bu cəmiyyətdə xəstələr, seksual problemləri olanlar çoxdur”.

Aparıcı İlkin Həsəni isə insanlara müraciət edib:

"Cəmiyyətdə olan adamların əksəriyyəti yeni aqlay örtüklü köhnə binalara bənzəyir: əyinlərində 2013, beyinlərində isə 1913 dəbi var. Elə Vəfa Zeynalovanın +18 görüntüləri və "şortik geyinən kişilərə münasibətiniz” video sorğusu buna sübutdur. Əziz və hörmətli mentalitet aşiqləri, arada təqvimdəki ilə baxın, yaşadığımız əsrə nəzər yetirin, "hamı belədirsə, mən də belə olum” prinsipi ilə yaşamayın”.

Əməkdar artist Vəfa Zeynalova özü isə söz-söhbətlərə sosial şəbəkədəki profilinə yazdığı sözlərlə son qoyub:

"Hər birinizin fikrinə hörmətlə yanaşıram. Heç bir ay yoxdur ki, Macarıstanda Gənclər festivalında ermənilər qondarma Qarabağ bayrağı qaldırdıqlarına görə, mən və bir neçə vətəndaşımız böyük mübahisələrdən sonra nəinki bayrağı endirdik, hətta erməniləri festivaldan da uzaqlaşdırdıq. Mənə çox maraqlıdır ki, niyə bu böyük işimiz yazılmadı, gündəmə gətirilmədi, mənim filmdəki kiçik bir epizodum belə bəzədilib-düzədilib, şişirdilib verildi? İnanın bizim gördüyümüz bu böyük işdən yazsaydınız, daha çox oxucu toplayardınız”.

Məsələ ilə bağlı Nurəddin Mehdixanlı da modern.az-a açıqlama verib. N.Mehdixanlı aktrisa Vəfa Zeynalova ilə çəkildiyi erotik kadrlarla bağlı bunları deyib:

"Hər kəs öz səviyyəsinə, intellektinə, ağlına, anlayışına görə fikir yürüdə bilər. Bu, onların haqqıdır. Peşəkar iş haqda peşəkarlar danışmalıdır, diletantlar yox.

Söhbət ondan gedir ki, ortalıqda bir film var. Yavər Rzayevin çəkdiyi "İlahi məxluq” filmi mənimçün çox maraqlı və ciddi bir işdir. Bu film Gürcütanda keçirilən Azərbaycan kino günlərində yerli kino mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib”.
Aktyorun sözlərinə görə, fillmin qış çəkilişləri Qubanın Qalaxudat kəndində, yay çəkilişləri isə Yardımlıda - Sarıbulaq yaylaqlarında baş tutub.

Xalq artisti "Vəfa Zeynalova ilə olan erotik kadrlar neçə dubla çəkilib” sualına "filmin ayrı-ayrı kadrları haqda danışmaq istəmirəm” deyərək cavab verib:


"O kadr haqda danışmaq istəmirəm. Bu gün Azərbaycanda xalqımızın taleyi ilə bağlı kifayət qədər ciddi məsələlər var. O məsələlər müzakirə olunmalıdır. "İlahi məxluq” filmini hədəf almaq lazım deyil”.

Xatırladaq ki, Vəfa Zeynalova da mətbuata verdiyi açıqlamada həmin kadrlarda qəbahətli bir şeyin olmadığını bildirib, hətta əsəbləşib "çəkilmişəm, əcəb eləmişəm” deyib.


Категория: www.VID.az Life | Просмотров: 696 | Добавил: Riko | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]