00:19 SEVGINIZ NƏ DƏRƏCƏDƏ GÜCLÜDÜR? | |
![]() 1. Dostunu rəfiqənə təsvir edən zaman ağlına "sevimli" və "qəşəng" sözləri gəlir? a) bəli - 1 b) xey r- 5 2. Sizə elə gəlir ki, bir-birinizi uzun illərdir tanıyırsınız? a) bəli -1 b) xeyr - 3 3. Anan onun haqqında nə düşünür, səninlə görüşməyə icazə verir? a) bəli - 1 b) xeyr - 5 4. Sevdiyin insan özünü başqa insanlardan müdafiə etməyi bacarır? a) bəli - 5 b) xeyr - 2 5. Rəfiqən etiraf edir ki, dostunu çox bəyənir. Bu zman sən nə edərsən? Onların münasibətlərinə mane olacaqsan? a) bəli -5 b) xeyr - 1 6. Ad günündə başqalarına nisbətən ona daha çox diqqət yetirirsən? a) bəli - 5 b) xeyr - 2 7. Ətrafınızdakı insanlar aranızdakı münasibətlər haqqında soruşanda ikiniz də utanırsınız? a) bəli -5 b) xeyr -2 8. Sənin necə göründüyün barədə suallara o, həmişə düz cavab verir? a) bəli- 0 b) xeyr- 5 9. Televizorda eyni vaxtda sevdiyin film və futbol gedir. Səncə, o sənə filmə baxmğa icazə verər? a) bəli - 5 b) xeyr - 1 10. Qəflətən, heç gözləmədiyiniz anda o, sizə qonaq gəlir və sən köhnə idman geyimindəsən. Qapını açacaqsan? a) bəli - 1 b) xeyr - 5 11. Səni bütün dostlarına yalnız qız dostu kimi tanış edir. Bu zaman əsəbləşərsən? a) bəli - 1 b) xeyr - 3 12. Demək olar ki, hər gün və tez-tez görüşürsünüz. Bir-birinizdən bezmirsiniz? a) bəli - 5 b) xeyr - 2 13. Danışmağa söz tapmadığınız vaxtlar olub? a) bəli - 2 b) xeyr- 4 14. Onu başqa bir qadınla gəzən ya da flört edən görmüsən? a) bəli - 1 b) xeyr - 5 Nəticələr: Siz sadəcə yaxşı dostsunuz. Ola bilsin ki, o, yaxşı, səmimi, olduqca gözəl insan və ümumiyyətlə, sənin xəyallarında canlandırdığın xüsusiyyətlərə malik ideal kişidir. Lakin sən onu sevə bilmirsən. Nə qədər cəhd etsən belə ona qarşı hisslərin dəyişmir. Çətin ki, sizin münasibətləriniz uğurlu olsun. O, sənin üçün sevdiyin köynək kimi bir şeydir və həyatında heç bir məna kəsb etmir. Lakin buna baxmayaraq, siz hələ də bir yerdəsiniz. Belə münasibətlərə son qoymaq lazımdır, insanların hissi ilə oynamaq olmaz. Nəsə alina bilər... hər ikinizin də bir-birinizə qarşı marağı var lakin ikiniz də utancaq olduğunuza görə susursunuz. Bütün bunlara son qoymaq səndən asılıdır. Xoşuna gələn başqa biri yoxdursa, cəhd etməyə dəyər. Sizdən biriniz sevgilinizdən təzəcə ayrılmısınızsa, bu, münasibətlərə yaxşı təsir göstərməz. Bir az səbrli olun. Nəzərə alın ki, sevgiyə gedən yol dostluqdan keçir. Sevinə bilərsiniz, bu dostluqdan da artıqdır! Dostluq sevgi münasibətlərinin yaranması üçün əsas şərtlərdən biridir. Buna görə də yəqin ki, sizin münasibətləriniz uzun ömürlü olacaq. Xüsusən ona görə ki, hər dəfə bir-birinizi görəndə qəlbiniz alovlanır. Bu alov isə çox təhlükəlidir. Çünki aranızdakı reaksialar atom elektrik stansiyalarındakı reaksiyalardan belə tez gedir. Sevginizin qarşılıqlı olması və daha güclü olması sizdən asılıdır. Görüşmək təklifinin hər zaman qarşı tərəfdən gəlməsini gözləyirsiniz lakin bir az siz də hərəkət edin. | |
|
Всего комментариев: 0 | |