Главная » 2013 » Sentyabr » 23 » Seçilmişlərdən seçilmişlər #3
20:14
Seçilmişlərdən seçilmişlər #3

1.Əgər bir qadın səndən imtina edirsə, səbəbi sevməməyi deyil.Sevməkdən yorulmağı və acı çəkməyidir... (Sweet November)


2. Başqalarının dərdlərinə qatılaram ; amma xoşbəxtliklərinə deyil, çünki başqalarının xoşbəxtliyində qəribə bir sıxıcılıq vardır... (Aldous Huxley)


3. İndiyə qədər heç kimi xəyal qırıqlığına uğratmamışam. Çünki heç kimin məndən bir gözləntisi olmayıb... (Ratatouille


4.Bircə sən döy. Bu dəfə qapıları üzünə taybatay açacam. Nəinki qapıları açmaq, səni bağrıma basıb zəif ürəyimə sıxacam. Bunun nə vaxtsa baş verəcəyinə bəslədiyim ümid kimi zəif olan ürəyimə... (Khaled Hosseini - Min Möhtəşəm Günəş)


5.Bu dünyada elə şeylər olur ki, Tanrının niyə bunlara icazə verdiyini heç cür anlaya bilmirəm..(The Green Mile)


6.Çox güldüyümüz zaman daha çox gülsək ağlayacağımızı düşünüb kədərlənən insanlarıq biz... (Ece Temelkuran)


7.Yalnız sevilməyən insanlar nifrət edər... (Charlie Chaplin)


8.Niyə başqalarının mənim haqqımda dediklərini önəmsəmək məcburiyyətindəyəm? Mən kiməmsə oyam və olmaq istədiyim insanam...( Avril Lavigne)


9.Əgər sizdən istifadə edərək nəyəsə nail olmağa çalışırlarsa, o insanlara yazığınız gəlsin.Öz xarakteri olmayan insanlardı onlar ! (Katy Perry)


10. Axmaqlara görə insanlar : irq, cinsiyyət,milliyət,yaş,mövqe,rəng,din və dil başda olmaqla 8 müxtəlif kateqoriyaya bölünürlər.Halbuki vəziyyət bu qədər də mürrəb deyil, İnsanlar sadəcə iki növə bölünür :
- Yaxşı insanlar və Pis insanlar...
 (Albet Eynşteyn)


11.Yelləncəyin digər ucuna oturaraq sayəmdə yüksələn insanlara ; Ürəyim darıxanda qalxa biləcəyimi söyləyin... (Donnie Brasco)


12. Niyə baxırsınız? Siz hamınız axmaqsınız! Niyə bilirsiniz? İstədiklərini edə biləcək ürək yoxdu sizdə.Mənim kimi insanlara möhtacsınız, barmaqla göstərib "Bax, bu pis adamdı!" deyə bilirsiniz, amma bu sizə nə qazandırır? Siz yaxşı insansınız? Yaxşı filan deyilsiniz.Sadəcə gizlənməyi, yalan danışmağı yaxşı bilirsiniz.Mənim elə bir dərdim yoxdu, mən həmişə doğruları söyləyirəm,yalan söyləyərkən belə.Sizə bir şey söyləyim: Bir də belə bir adamı çətin görərsiniz... (Scarface)


13.İçində bir ovuc dəlilik olmayan həyat, yarımçıq bir həyatdır...(Paulo Coelho)


14.Bəzən səssiz qalmaq incidildiyini göstərməyin ən gözəl yoludur...(Turgut Uyar)


15.İnsanlar dünyanın onlara icazə verdiyi ölçüdə yaxşıdırlar.İşlər qaydasında getməyəndə, sözdə mədəni olan insanlar bir-birilərini yeyəcək... (Joker)


16. Zamanımız məhduddur,ona görə də başqalarının həyatını yaşayaraq onu xərcləməyin...(Steve Jobs)


17.Xoşbəxt imişik o vaxtlar...Amma xoşbəxt olduğumuzun fərqində belə deyilmişik, bütün xoşbəxt insanlar kimi... (Aziz Nesin)


18.Bir qadının haqlı olmaqdan anladığı şey, yalnız bütün günahı boynundan atmaqdır...(Sopihie Arnould)


19.Qorxu və eşqdən daha güclü heç bir hiss yoxdur. İkisi də insana bütün şeyləri etdirə bilər...(Dexter)


20. İnsanlar gördüm, həmişə varmış kimi gəlib, heç yoxmuş kimi getdilər...(Kahraman Tazeoğlu


21.Sən, "Amma mən sənin üçün bunu etdim" deyərkən 

o, "bunu etmədin" deyə cavab verəcək..
Və nə söyləsən qarşılığında mütləq başqa bir sərt söz ilə qarşılaşacaqsan. Kədərlənmə, sən sevgini lazım olduğu kimi yaşadın. Darıxdın, içdin, ağladın, güldün, mahnılar oxudun, düşündün, şeirlər yazdın.
" Bəs o nə etdi? " demə.
Hər kəs özünə cavabdehdir eşqdə.
Sən sevgini doya-doya yaşayarkən o özünə maneələr yaradırsa bu onun problemidi.
Bir insan əskik yaşayırsa, və bu əskikliyi bildiyi halda tamamlamaq üçün səy göstərmirsə sən nə edə bilərsən ki onun üçün?
 (Nazım Hikmet Ran)

 


Категория: www.VID.az Life | Просмотров: 549 | Добавил: Mr_Unique™ | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]