11:47 Seçilmişlərdən seçilmişlər | |
1.Həyat belədi həmişə ; Kimə yeriməyi öyrətdiksə , ilk bizi keçməyə çalışdı. (D.Noel) 2.Bir şam digər bir şamı alovlandırmaqla , işığından bir şey itirməz...Hz.Mövlana 3. Başqalarını özləri kimi bilmək, səmimi insanların bədbəxtliyidir...(Khaled Hosseini "Çərpələng uçuran”) 4. Bütün həyatımın bir aldanış, soyuq bir zarafat olmadığını kim sübut edəcək mənə...? (Orhan Pamuk...Kara kitap) 5. Bəlkə gözəl bir ağıla sahib olmaq yaxşı bir şeydi,amma daha böyük bir hədiyyə isə gözəl bir ürəyi kəşf etməkdir.. (A Beautiful Mind) 6.Bu dünyada ən təmiz xəzinə ləkəsiz, qüsursuz namusdur...(Uilyam Şekspir) 7. Bir insana zorla sevdirə bilməzsən özünü ; Mənə inan, səni sevirəm deyə bilməzsən.O bunları hiss etmirsə əgər, bir tək söz söyləyə bilərsən: - "Özün bilərsən..." (Can Yücel) 8. İnandığımız yeganə müqəddəslik əməyin gücüdür… (V.Lenin) 9."Yaşadığı yeri tərk etmək arzusunda olan insan xoşbəxt olmayan insandır..." (Milan Kundera) 10.Kimi nə qədər düşünürsən düşün. Düşüncələrin ən dərini, başını yastığa qoyduğun an başlayar... (Qabriel Qarsia Markes) 11.Yetəri qədər diqqətli olub dostlarımızın ancaq bizə uyğun olan tərəfləri ilə maraqlansaq və geri qalan xüsusiyyətlərinə fikir verməsək dostluqlar daha dözümlü və daha uzun ömürlü olar...(GOETHE) 12.Övladım məni öldürməyə cəhd etsə, ilk dərdim onun həbsxanalarda çürüyəcəyi olar...(S. KESTEL) 13.Dəyişikliklə qarşılaşanda dəyişən eşq, eşq deyildir. Eşq gözlə deyil, ruhla görülər...(W.Shakespeare) 14.İnsan gülümsünəndə bu dünya onu sevdi.Qəhqəhə ilə güləndə insandan qorxdu dünya...(Rabindranat Taqor) 15.Getmədən əvvəl yaxşı düşün ; Çünki qayıdanda tapdığınla, gedərkən buraxdığın əsla eyni olmayacaq... (Louis Aragon) 16.Yuxu problemi - ağıllı insanların lənətidir... (Albert Eynşteyn) 17.Dişlərinin arasında olmağına baxmayaraq bəzən öz dilinə belə hakim ola bilmirsənsə, başqalarının söylədiklərinə fikir verməməlisən... (Benjamin Franklin) 18. Mən köhnə fikirliyəm.Düşünürəm ki,əxlaqlı qız gecə klublarına getməz..Onun orda axtaracağı heçnə yoxdur.
19.Mükəmməl biri deyiləm,amma məni gözləməli idin. Buna dəyərdim... (The Expendables - Jason Statham) 20.Tərk edən adam, özünün əsla tərk edilməyəcəyinə inanan insandır. Heykəlini qoymağınıza isə ehtiyac yoxdur, Çünki o onsuz da daşdandır... (Paul Auster) | |
|
Всего комментариев: 0 | |