Главная » 2013 » Sentyabr » 6 » Qadınlar sizi bəyənirmi?
15:59
Qadınlar sizi bəyənirmi?


O qadın , hər gün qarşınızda bütün əsaləti ilə sizə naz edirsə , ona qarşı "ilk addımı atmalıyammı , yoxsa atmamalıyam ?" Tərəddüdlər və əminik sizi böyük bir ikiləməyə salacaq. Əgər addım atsanız bəlkə də həyatınızın eşqiylə bir ömür xoşbəxt olacaqsınız ya da qəşəng bir rədd cavabı bu xoşbəxt eşq xəyallarınıza acı bir əlvida deyəcəksiniz. Bu vəziyyətdə ziyana məruz qalmamaq üçün gəlin əvvəl bir qadının sizdən xoşlandığını müəyyən edəcək xüsusiyyətlərinin var olub- olmadığına bir nəzər salaq. Qadınlar nə qədər özlərini əlçatmaz kimi tanıtsalar da , əgər sizi bəyənirsə o zaman eşq siqnalları bunu sizə mütləq müəyyən edəcəklər. Bədən dili yazımızda az çox bəhs etdiyimiz bu mövzunu , gəlin 12 maddədə yalnız qadınların sizdən bəyənib-bəyənmədiyini necə anlayacağınız mövzusu üzərində dayanaq:

1 - Ümumi yoldaşlarının vasitəsiylə getdiyiniz ortaq məclisdə , o yüksək səsli, əyləncəli yoldaş məsləhətləşmələrin arasında, ara- sıra gözləriniz kəsişir və onun üzündə yüngül bir qızarma görürsünüzsə ...
2 - O və siz dostlarınızla bərabərkən xüsusilə sizinlə danışmağa cəhd edirsə ...
3 - Yanınızda və ya yaxınınızdaykən üzündə qarşısını ala bilmədiyi bir gülümsəmə iştirak edirsə ...
4 – Ola bilər ki, yer varkən , tam yanınızdakı kürsüyə oturdu . Bir Qadının sizdən xoşlandığını anlamaq yolları o anlarda , bir şey izah edərkən istər-istəməz əli, qolu sizə dəymək üçün xüsusi bir səy göstərirsə ...
5 - Etdiyiniz idmanlardan və ya maraq sahələrindən bəhs edərkən , mövzuya daha çox qatılır və özünün də maraqlandığını vurgulayırsa ...
6 - Arada sırada müəyyən ümumi qayda ilə sizə kompliment etdiyini tutursunuzsa 

7 - Gözləri davamlı sizin gözlərinizlə birləşmək üçün çalışırsa ...
8 - Hər keçən gün geyiminə və ya makiyajına daha çox diqqət göstərdiyini hiss edirsinizsə ...
9 - Yanına gələndə eynilə itaətli bir pişik kimi sakitləşir və məhəbbətdən söz açmağa çalışırsa ...
10 - Eyni mühitdə ikən onun rəfiqələrinə diqqət! Sizə nə vaxt baxıb , pıçıldaşıb, gülüşürlərsə ...
11 - Soyuq bir qış günü çöldə bir az yaxınınızda , " çox üşüyürəm " şəklində söz salırsa... O zaman bu sizə göndərilən bir işarə olmalıdır, çıxardın paltonuzu , bir az üşüməkdən bir şey olmaz. Ya da əlini tutaraq əllərini ısıtməkdən başlaya bilərsiniz.
12 - Ən can alıcı və addım atmanızı qətiliklə zəruri olduğu son mərhələ ! Ona nəzakətli gülümsəyib , əgər isti bir gülümsəməklə cavab alsan ....

Bu maddələrdən ən az 5-i belə olsa , bir an əvvəl addım atmalı və yaşayacağınız gözəl günləri "görəsən" -lərlə xərcləməməlisiniz . Doğru adam qarşınızdadır və sizdən xoşu gəlir , daha doğrusu sizdən çox xoşu gəlir! Bilin ki, əgər bir qadın sizdən xoşlanırsa , bunu müəyyən edəcək siqnalların çoxluğu sizi də çaşdıracaq. :) Bunu xatırlatmadan keçməyək ki, zaman o qədər tez keçir ki və qarşılıqlı müsbət duyğuları tapmaq o qədər çətindir ki, əsla bu fürsəti qaçırmayın . Siqnalları doğru aşkar etmək üçün duyargalarınızı açıq tutun, bizdən söyləməsi. 
Xoşbəxt bir əlaqə diləklərimizi ...! 
Категория: www.VID.az Life | Просмотров: 559 | Добавил: Riko | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]