11:50 Payız gəldi =) | |
Bir yay fəsli daha geridə qaldı və yağmurlu payız fəsli bizi gözləyir. Hər kəs üçün geridə qalan bu yay ayları nə iləsə yadda qaldı. İstər müsbət,istərsə də mənfi cəhətdən. Gündəlik qayğıları, məişət və iş problemləri, məktəb və universitet dərdi bu yayda çoxumuzu rahat buraxmadı. Bütün bu çətinliklərə baxmayaraq, bu yay xoş xatirələrlə yaddaşlarda qaldı. Kimisi illərlə axtardığı sevgini tapdı, kimisi ailə qurdu, kimisi övlad sahibi oldu, kimisi məktəb və universitet bitirdi, kimisi də xəyalları ilə yaşadığı iş və yaxud təhsil müəssisəsinə daxil oldu. Uzun sözün qısası bu yayda nə iləsə yaddaşımıza həkk olundu. Mənim üçün bu yay daha fərqli oldu. Həm çox stresli, həm də çox sevindirici. İstər şəxsi həyatımla bağlı, istərsə də favorit.az-la bağlı Əziz favorit əhli, bəs bu yay sizin üçün nə ilə yadda qaldı və artıq qədəm qoyduğumuz payız aylarından nə gözləyirsiz? ![]() | |
|
Всего комментариев: 0 | |