İnfarkt keçirən qadın, "kliniki ölü” qəbul edildikdən 42 dəqiqə sonra həyata geri dönüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Avstraliyalı iki uşaq anası Vanessa Tanasio, Melburnda yerləşən evində oturarkən bir anda huşunu itirərək yerə yıxılıb. Hadisədən dərhal sonra xəstəxanaya aparılan qadının beyin damarlarından birinin tıxanması nəticəsində infarkt keçirdiyi müəyyən edilib. Onu bütün müayinələrdən keçirən həkimlər yekun qərar qəbul edərək, ona kliniki ölüm diaqnozu qoyub. Lakin kardioloq Wally Ahmar ona daha bir şans vermək qərarına gələrək, xəstənin beynindəki tıxaclı damarı açıb. Beləliklə, sözügedən həkim onu həyata qaytarmağı bacarıb.Möcüzəyə imza atan həkim Ahmar onun həyatını xilas etmək üçün bir neçə dəfə şok verdiyini, lakin bunun onu həyata qaytaracağına əmin olmadığını deyib. Onun sözlərinə görə, bu tibbdə sadəcə rastlanmayan bir möcüzədir.
Başına gələnlər haqqında müsahibə verən qadın, əvvəllər heç bir ürək problemi yaşamadığını bildirib. "Evdə divanda oturmuşdum, sonra birdən yerə yıxıldım. İki gün sonra xəstəxanada gözlərimi açdım. Heç nə xatırlamıram. Sanki yıxılmağımla ayılmağım arasında sadəcə bir neçə saniyə keçib"