Главная » 2013 » Avqust » 31 » Nokia yavaş-yavaş "dirilir"
16:06
Nokia yavaş-yavaş "dirilir"

Finlandiyanın mobil telefon istehsalçısı Nokia şirkəti satışların həcmini aşağı salmağa davam edir. Bu ilin aprel-iyun ayları ərzində şirkət satışlarının həcmini ötən illə müqayisədə təxminən 25% azaldıb. Hesabata əsasən, ikinci rübün yekununa görə Nokia şirkətinin gəliri 5,7 milyard avro təşkil edib. Qeyd edək ki, bir il əvvəl bu göstərici 7,5 milyard avro olub.
 
Buna baxmayaraq, şirkət rəhbərliyi tərəfindən həyata keçirilmiş qənaət tədbirləri öz bəhrəsini verir və şirkət xalis zərərinin həcmini 1.47-dən 227 milyon avroyadək azalda bilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, rüblük nəticələrin dərc edilməsindən sonra Nokia şirkətinin səhmlərinin qiyməti azalaraq 2.99 avro olub. Qeyd edək ki, Nokia şirkəti xərclərin azaldılması proqramına sadiq qalaraq daha 440 əməkdaşını ixtisar edib.
 
Şirkət investorları, həmçinin Lumia smartfonlarının satış həcminin artması ilə sevindirib. Belə ki, onların satış həcmi son üç ayda 32% artaraq 61,1 milyon olub. Ekspertlər hesab edirlər ki, bu strategiya daha bir-iki rüb köməyə gələcək, lakin daha sonra Nokia şirkəti yeni strategiya seçməli olacaq.

Категория: www.VID.az Life | Просмотров: 566 | Добавил: Riko | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]