Главная » 2013 » Avqust » 29 » "Nokia" "Samsung"u arxada qoyub
15:19
"Nokia" "Samsung"u arxada qoyub

"Nokia” Finlandiyanın mobil bazarında liderliyini geri qaytarıb. "IDC” analitik şirkətinin son məlumatına görə, "Nokia” şirkəti Finlandiyanın mobil bazarında liderlik mövqeyini geri qaytarıb. BiG.az anspress.com-a istinadən bildirir ki, birinci rübdə Cənubi Koreyanın "Samsung” şirkəti Finlandiyanın mobil bazarında böyük paya sahib olsa da, ikini rübdə liderlik yenidən "Nokia”ya qayıdıb. "Nokia”nın hazırda Finlandiya bazarında payı 36 faiz təşkil edir, "Samsung” isə ondan 2 faiz geri qalır. 

Rəqəmlərə nəzər yetirdikdə, "Nokia”nın Finlandiyanın mobil bazarında payını 14 faizdən 7 faizədək azaldan "Apple” sayəsində iştirakını genişləndirdiyini görə bilərik. 

Finlandiya operatorları nümayəndələrinin fikrincə, "Nokia” aprel-iyunda "Lumia” istehsal xəttindən olan qurğular sayəsində öz mövqeyini möhkəmləndirməyə nail olub. "Lumia” xəttində müxtəlif qiymət kateqoriyasına aid qurğuların olması səbəbindən "Nokia” hazırda müxtəlif gəlir səviyyəsinə malik Finlandiya əhalisinin bütün təbəqələrinin smartfon tələbatını ödəyə bilir. "TeliaSonera” şirkətinin kommunikasiya vasitələri üzrə direktoru Timo Saksen bildirib ki, "Nokia Lumia” modelləri indi bütün alıcı dairəsini əhatə edir
Просмотров: 682 | Добавил: Riko | Рейтинг: 0.0/0
Всего комментариев: 2
Serh: 2

Mr_Unique™

Tarix: 29.08.2013
Anar , InsAllah 1-2 hefteye Domain Elave Edilecek, Allah'in Komeyi Ile wink
  • 0  
Serh: 1

Anar

Tarix: 29.08.2013
Bu sayta Domain nevaxt qoyulacaq Insallah?
  • +1  
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]