Главная » 2013 » Sentyabr » 13 » Əlvida və çox sağ ol
15:38
Əlvida və çox sağ ol

Səni ilk görəndə xilaskarım sandım. 

Yaşadığım uğursuzluqlardan məni çıxaracaq uğur mələyim sandım. 


Arzularıma çatdırmaq üçün Yaradan tərəfindən göndərilmiş vasitəçiydin sanki. Səninlə qazandığım uğura görə hər gün  daha çox sevdim səni.

Gözümdə böyütdüm, böyütdüm. 


Lap uca bir təpəyə qoydum. 

Bəs sonra nə oldu? ... 


Sonra olanları nə sən bilirsən nə də ki mən.

Aramıza girən insanlaramı inandın? 


Atılan iftiralara, xəbər aparıb-gətirənlərəmi inandın?   

Sən onlara inanıdıqca məni itirdin.


Etdiklərinlə gözümdəki o təpədən sürətlə aşağı yıxılırsan. 

Amma gör nə uca təpədir ki, yıxılmağının sürətinə rəğmən hələ də yerə çatmamısan. 


Hirsli başda ağıl olmaz deyirlər. Düz deyirlərmiş.. 

Mənim də bir çox yalnışlıqlarım oldu. 


Mübarizəyə qoşuldum, məğlub oldum və səni itirdim. 

Peşmanammı?..  Bilmirəm. 


Amma indi nə sən keçmişi qaytara bilərsən, nə də ki mən. 

Nə sən əvvəlki hörməti, hislərini, qaytara bilərsən nə də ki mən. 


Əlimizdən gələn, hər gün bir-birimizi görəndə biganəlik maskalarımızı üzümüzə taxıb, heç nə olmamış kimi davranmaq. 

Yalançı və səmimiyyətsiz təbəssümlər, acıqlı baxışlar. 


Bilmirəm belə vəziyyətdə sənsən günahkar yoxsa mən? 

Bəlkə aramıza girib iftira atanlar? 


Bildiyim bircə odur ki, aramızdakı iplər artıq aşınıb. 


Gör nə güclü iplərdir ki, bütün bu olanlara, bir-birimizə etdiklərimizə rəğmən hələ də tam qırılmır.

Amma artıq qırılmaq üzrədir. 


Bilmirəm bu ipi ilk sən qıracaqsan, yoxsa mən? ... 

Hələki heç birimiz buna cəsarət etmirik. .. 


Amma bir gün olacaq əminəm. 

O gün yaxınlaşır hiss edirəm. 

Qoy onda indidən sənə deyim: Əlvida və çox sağ ol. 


Категория: www.VID.az Life | Просмотров: 517 | Добавил: Mr_Unique™ | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]