12:02 LG-dən növbəti kreativ reklam | |
Bu dəfə öz monitorlarınında verilən görüntünün orijinallığını və gerçəklikdən heç nə ilə fərqlənmədiyini nümayiş etdirmək istəyən LG ənənəsinə sadiq qalaraq, daha bir qorxuducu reklam üsuluna əl atmışdır. Çarxda öncədən iş görüşmələrinin keçirilməsi üçün nəzərdə tutulmuş otağın pəncərəsinə LG monitorları yerləşdirilir və müsahibə zamanı monitorlarda dünyanın sonunun yaxınlaşmasını əks etdirən meteoritin yerlə toqquşması səhnəsi canlanır. Bütün müsahiblər qısa zaman ərzində əsl vahimə və dəhşət yaşamalı olurlar. Sonradan isə onlara bunun sadəcə reklam çəkilişi olduğu bildirilir. Bəs, siz belə dəhşəti yaşamaq istərdiniz? | |
|
Всего комментариев: 0 | |