18:16 Jin-dən "milyon"luq klip | |
Yaşıl Gözlər", "Buludlar", "Yağış" və son olaraq "Günəş" trackləriylə olduqca fərqli amma kifayət qədər populyar olan mahnılar buraxan Ceyhun Zeynalov nəhayət özünə klip çəkir. Jin-in özündən aldığımız məlumata görə Marshall Studio-nun istehsalı olacaq bu klip "Milyonlardan" trackinə çəkilir. Videonun rejissoru isə Rafiq Hacıyevdir. Klipin çəkilişləri sentyabrın 10-da başlayacaq. Ceyhun klip haqqında ətraflı məlumat vermək istəməsə də, olduqca maraqlı bir iş çıxacağını qeyd etdi. Bu arada "Milyonlardan"-da çəkilmək istəyən, gözəl və xoş təbəssümü olan qızlar bura tıklayaraq əlaqə saxlaya bilərlər. Mahnının tizeriylə aşağıdakı videonu izləyib tanış ola bilərsiniz: | |
|
Всего комментариев: 0 | |