Главная » 2013 » Sentyabr » 8 » Hebsxana Heyati
00:10
Hebsxana Heyati
Köhnə həbsxanalar

Qərb dünyasında 19. əsrin ortalarından əvvəl bir çox cinayətin cəzası ölüm idi. Bəzi günahkarlar cəzalarını uzaq düşərgələrdə çəkərdilər. Həbsxanalarda mühakimə, cəza düşərgələrinə göndərilən ya da ölümü gözləyən günahkarlar tutulardı. İlk həbsxana olaraq qala bürcləri istifadə edilirdi. 1166-cı ildə İngiltərədə II. Henrynin əmri ilə hazırlanan həbsxana mühakimə gözləyən məhbuslar üçün idi. Avropada ilk həbsxana 16. əsrdə Hollandiyada açıldı. 18. və 19. əsrlərdə həbsxana tikintisi yayıldı və yeni tənzimləmələr gətirildi. Bəzi həbsxanalarda məhbuslar davamlı olaraq bir-birindən ayrı tutulurdu. Bəzi həbsxanalarda məhbusların birlikdə işlərinə icazə verilir, amma danışmalarına icazə verilmirdi. Gecələri də ayrı hücrələrdə saxlayırdılar. Hücrədə tək başına tutulan hökmlü isə, ancaq ziyarətçisiylə və həbsxana vəzifəliləriylə görüşə bilərdi. 1900-cü ilə gəldiyində hücrə cəzası, yalnız bir intizam tədbiri olaraq istifadə edilməyə başlandı.İndiki vaxtda cəza evlərinin məhbusları insanca şərtlərdə saxlanması və çölə çıxdıqlarında dürüst bir həyat sürmək üçün hazırlamasını məqsəd qoyurlar. Bu məqsədə hər zaman çatıldığı deyilə bilməz.

İndiki həbsxanalar

Hökmlülər, vəziyyətlərinə və cəzalarına uyğun olaraq fərqli tipdəki həbsxanalarda saxlanılır. Ağır cinayət törətmiş kəslər çox möhkəm təhlükəsizlik tədbirlərinin olduğu həbsxanalarda saxlanılırlar. Əqli vəziyyəti cəzalandırılmasına uyğun olmayan, ya da cəza verildikdən sonra xüsusi müalicə görməsi lazım olan günahkarlar, bir psixiatriya klinikasında ya da xüsusi bir xəstəxanada yatırdılırlar. Açıq həbsxana məhbuslara həddindən artıq məhdudiyyət yetirməyən ceza evləridir. Bu cür həbsxanalarda məhbuslara, həbsdən çıxdıqdan sonrakı həyata hazırlayıcı bir təhsil verilir. Bəzi həbsxanalarda məhbusların müəyyən bacarıqlar qazanacağı seminarlar, təhsil imkanı təmin edən kitabxanalar vardır. Dövrümüzün həbsxana müdiriyyətlərinə şərti həbs və cəzanın müəyyən nisbətdə endirilməsi yer alır. Şərti həbs məhbusun yaxşı davranışı səbəbiylə cəzanın bir hissəsinin tətbiq olunmaması mənasını verər. Beləcə, yaxşı davranış göstərən bir məhbus, məsələn beş il hökm alıbsa , yalnız üç il həbs yataraq çıxa bilər.

Cins jurnalı (may 2001 sayında) dövrümzün həbsxanaları ilə əlaqədar bunları nəşr etmişdir: "70-ci illərin başında Hamburg universiteti psixologiya fakültəsində bu mövzuda təcrübələr reallaşdırıldı. Əvvəl işıq və səs izolyasiyası olan, gündüz və gecənin ayird edilmədiyi otaqlar hazırlandı. Çöldən heç bir təsirin girmədiyi bu otaqlara təcrübə məqsədiylə insanlar qoyuldu. Bu insanların bir hissəsi alman əsgərləri idi. Təcrübələrin nəticələrini elm adamları dəyərləndirdi: İnsanların dözmə sərhədi nədir? Nə vaxt ağlamaya başlayırlar? Nə vaxt yalvarırlar? ... Təcrübədə insanların şəxsiyyətlərini itirdikləri və çöldən yeni şəxsiyyətləri təlqin edilməsinin mümkün olduğu ortaya çıxarıldı ... "Məşhur postmodernist yazar Michel Foucault'un keçmişdən gələcəyə həbsxanalar üzərində apardığı müşahidələrindən ibarət "Həbsxananın Doğuşu adlı kitabı", bütün dünyada böyük əks-səda tapmış və geniş diametrli müzakirələrə gətirib çıxarmışdır.

Категория: www.VID.az Life | Просмотров: 1480 | Добавил: Riko | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]