Главная » 2013 » Sentyabr » 7 » Günay Məmmədovanın ölümü ilə bağlı yeni məlumatlar
18:43
Günay Məmmədovanın ölümü ilə bağlı yeni məlumatlar

Günay Məmmədovanın nişanlısı polis əməkdaşı Rabil Rzayevin izahatı alınıb. Bunu Lent.az-a G. Məmmədovanın işini araşdıran müstəntiq Müşviq Alməmmədov deyib. Onun sözlərinə görə, hələlik R.Rzayevin günahı sübut olunmayıb. Hazırda istintaq davam edir...

Qeyd edək ki, Bakı Metropoliteninin əməkdaşı G. Məmmədova avqustun 30-da aeroport yolunda baş verən qəzada həlak olub. Zərbənin təsirindən G.Məmmədova digər maşınların altına düşüb. Onun meyitinin hissələri salafan tobalara toplanaraq dəfn edilib.

Mediada yazılanlara görə, Günay Məmmədova hadisə baş verən gün nişanlısı Rabil Rzayevlə hansısa söhbət üçün evdən çıxıblar və təxminən bir saat sonra bədbəxt hadisə baş verib. Hadisədən sonra isə Günayın nişanlısı yoxa çıxıb.

G.Məmmədova əvvəllər ailəli olub. Toyundan bir neçə ay sonra ayrılaraq ata evinə qayıdıb. Sonralar isə, Bakı metrosunun "Gənclik” stansiyasında işlədiyi vaxt polis əməkdaşı Rabil Rzayevlə münasibət qurub. Rabil bir neçə ay əvvəl Günayla şərt kəsərək nişanlanıb. Şərt isə ondan ibarət olub ki, Günayın əvvəllər ailəli olması ikisinin arasında sirr olaraq qalacaq. Yəni Rabilin ailəsi bundan xəbər tutmamalıdır. Lakin hadisədən əvvəl Rabil Günay haqda dostuna danışıb. Həmin dostu isə Günayın əvvəllər ailəli olması barədə Rabilin ailəsinə məlumat verib. Bundan sonra isə Rabil və Günay arasında münaqişə yaranıb.

Hadisə baş verən gün Günay nişanlısı ilə məhz bu söhbəti aydınlaşdırmağa gedibmiş. Rabil görüş zamanı Günaya aralarındakı sirrin artıq məlum olduğunu, dostunun valideynlərinə onun əvvələr evli olması xəbərini çatdırdığını deyib. Bu isə baş vermiş faciəyə zəmin yaradıb.

G.Məmmədovanın Rabilin maşınından özünü atması ilə bağlı söhbətlər gəzsə də, onu vuran "BMW X5"-in sürücüsü Təhmin Vəliyev ilkin ifadəsi bu faktı təkzib edir.

Sürücü deyib ki, yolda gedərkən G.Məmmədova kənarda dayanıbmış, qəflətən özünü maşının altına atıb.

Dünən verilən məlumata görə isə, hadisə baş verənədək metronun "Gənclik” stansiyasında xidmət aparan R.Rzayev artıq başqa stansiyaya təhkim olunub. O, hazırda "Həzi Aslanov” stansiyasında xidmətdədir.

Категория: www.VID.az Life | Просмотров: 617 | Добавил: Riko | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]