20:29 GTA 5-də azərbaycanlını öldürmək təklif olunur | |
Tahir Cavan konsulluqda işləyir.Dünyada ən məşhur oyunlardan biri olan Grand Theft Auto-nun 5-ci seriyasında (GTA 5) qeyri-adi missiya – azərbaycanlını öldürmək missiyası üçün də yer tapılıb. Ssenariyə əsasən konsulluqda işləyən azərbaycanlı Tahir Cavanı öldürmək lazımdır. Onun fərqləndirici xüsusiyyətləri saqqalı, solaxay olması və gündə iki qutu siqaret çəkməsidir. GTA 5-də oyunçular xəyali şəhərə - Cənubi Kaliforniyada Los-Santos şəhərinə düşürlər. Oyunçular cinayətkar qismində çıxış edir, şəhərdə maşınları oğurlayır, bank yarır və mafiya bosslarının tapşırıqlarını yerinə yetirərək pul qazanırlar. Qeyd edək ki, GTA-nın birinci seriyası hələ 1997-ci ildə buraxılmışdı. GTA 5 oyunu ötən həftə satışa çıxarılıb və bir gündə istehsalçılara 800 milyon dollar pul qazandırıb. | |
|
Всего комментариев: 0 | |