17:12 Gizli Sevgi | |
![]() Bəzi sevgilər vardır...dilə gətirilməsi imkansız...dilə gətiməyi keçdim...ürəkdə yaşaması belə qadağan sevgilər...amma sevgi hansı qadağaya, hansı olmazlara uduzmuş ki, bir mən qalmışam...bir mənimmi ürəyim sevgi ilə yarışacaq qədər güclüdür? ya bəlkə mənəm öz ürəyimi zəif görən..nələri saxlamadı ki, öz balaca dünyasında ürəyimmm..gözlərimin axan damlasına azmı keçirdi bəyəm öz sözünü???... Amma bu dəfə başqadı sanki...ilk dəfədi ürəyimin gücsüzlüyünü bu dərəcədə hiss edirəm...ilk dəfədi ürəyimə bu qədər əsəbləşirəm...axı olmaz...toxunsan yanacaqsan deyirəm...tək bir an boşluğa düşsən bütün həyatın bitəcək bir gizli sevgi uğruna...dəyərmi buna...gecikmiş bir sevgi üçün bütün bir ömrü puç etməyə dəyərmi...nə zaman bunları düşünsəm özümü ya sənin qapında tapıram, ya da artıq telefonda göndər düyməsinə vurmuş yerdə tapıram...inan o qədər düşünürəm... Görəsən bu dünyada heçmi yer yoxdu bizim sevgimizə...bir gizlilikmi olacaq bu sevginin qatili??...inan ki, bilmirəm...sadəcə bildiyim odur ki, sən mümkünsüzsən...amma bu lənətə gəlmiş sənsizlik də mümkünsüzdü bilirəm...elə bunu bilə-bilə aldığım hər nəfəslə sənsizliklə başlanacaq cəhənnəmə son addımlarımdayam... | |
|
Всего комментариев: 0 | |