Главная » 2013 » Avqust » 31 » FACEBOOK INSANLARI BƏDBƏXT EDIR?
15:34
FACEBOOK INSANLARI BƏDBƏXT EDIR?

Redaktə üçün giflər

 

Facebook sosial şəbəkəsindən istifadə insanlarda belə bir təəssürat yaradır ki, sanki həmişə ünsiyyətdədirlər. Ancaq bu ünsiyyət onları xoşbəxt etmir. Bu barədə ABŞ alimlərinin araşdırmalarının nəticələri dərc olunan "PLUS ONE" jurnalında qeyd olunub.

Miçiqan universitetinin məlumatına görə, insan sosial şəbəkədə nə qədər çox vaxt keçirirsə, həyatdan razılığı bir o qədər azalır. Yüzlərlə virtual kontaktları olsa da, insanlar özlərini xoşbəxt hiss eləmirlər.

Psixoloq Etan Krossun sözlərinə görə, belə bir təəssürat var ki, Facebook ünsiyyətlə bağlı insanın əsas tələbatlarını təmin edir. Amma bu insanın həyatından razılığı ilə bağlı əks nəticələr verir.


Redaktə üçün giflər


Tədqiqat zamanı alimlər öz smartfonu vasitəsi ilə daim şəbəkədə olan orta yaşlı 82 nəfər Facebook istifadəçisindən sorğu götürüblər. Günün müxtəlif saatlarında alimlər həmin könüllülərə belə suallar göndəriblər: "Sən indi özünü necə hiss edirsən?", "Özünü tənha hiss edirsənmi?", "Bizim sorğu başlayandan öz profilinə neçə dəfə girmisən?"

Alimlər hesab edirlər ki, insanlar tənha olduqda sosial şəbəkələrdən istifadə edirlər, ancaq bu onlara yardımçı olmur.

Bəs siz necə fikirləşirsiniz?

 

Redaktə üçün giflər




Категория: www.VID.az Life | Просмотров: 561 | Добавил: Riko | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]