Главная » 2013 » Sentyabr » 23 » Dünyasını dəyişənlərə necə yardım edə bilərik?
20:07
Dünyasını dəyişənlərə necə yardım edə bilərik?

Qəbir əhlinin istiğfara və rəhmətə ehtiyacları vardır. Bu haqda İmam Sadiq (ə) buyurur:"Ölümdən sonra insana üç şeylə savab yetişər: 1. Sədəqə. 2. İnsanın həyatda olan zaman əməl etdiyi düzgün adət-ənənədir ki, başqaları üçün örnək olmuşdur. 3. Layiqli övladlardır ki, ondan sonra məğfirət istəyər və valideynlərinin bağışlanmasına səbəb olarlar”.

Həzrət (ə) başqa yerdə buyurur: "Nə zaman ki, yaşayanlar hədiyyə ilə sevinər, qəbir və bərzəx əhli də onlara edilən istiğfar ilə sevinərlər”.

Məsumlar (ə) bizə ölülərimiz üçün Quran oxumağın faydalı olacağını tövsiyə etmişdilər. O cümlədən: "Yasin”, "Saffat”, "Əhzab”, "Ayətül-kürsü”, "Əraf” surəsinin 54-cü ayəsi, "Bəqərə” surəsinin son üç ayəsi tövsiyə edilir.

Həmçinin qəbir evinin ilk gecəsində vəhşət namazı qılmaq çox müstəhəbdir.

İmam Sadiq (ə) buyurur: "”Təbarük”lə başlayan surələri meyitin qəbirinin başında oxumaq qəbir əzabının aradan qalxmasına səbəb olar”.

Mərhum Nuri "Misbahil zaid” kitabında yazır: "Meyyiti ziyarət etməyin yolu belədir ki, qibləyə çevril və əlini qəbirə qoyaraq de:

"ALLAHım! Qürbətdə ona yardım et və onun tənhalığını öz cəmlik məqamınla rabitələndir. Onun qorxusunu təhlükəsizliyə çevir. Öz rəhmətindən ona rəhmət göndər. Onu sevdiyinə qovuşdur (Məsum İmamlara (ə)). Sonra isə "Qədr” surəsini 7 dəfə oxu”.

Bundan başqa hər gün Quran oxuyub, savabını ölülərimizə hədiyyə edə bilərik.


(İslami saytlara istinadən/ Deyerler.org)
Категория: www.VID.az Life | Просмотров: 582 | Добавил: Mr_Unique™ | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]