Главная » 2013 » Sentyabr » 23 » Bu həyatdır!
20:43
Bu həyatdır!

Bir gün qonaq oldum qoca dünyaya göz açdım , 
Bir gün çıraq oldum evə öz nurumu saçdım , 
Bir gün uşaq oldum ora qaçdım bura qaçdım , 
Hər gün ayaq açdıqca süründüm bu həyatdır .

Bir gün yalan oldum düzə etməklə yamanlıq , 
Bir gün piyan oldum məni azdırdı qaranlıq , 
Bir gün cavan oldum o cavanlıq nə cavanlıq ! 
Hər gün yeyib içdim və öyündüm bu həyatdır 
Bir gün davam oldum bitən həsrət qəmə dərdə , 
Bir gün avam oldum demə şəhvət var içərdə , 
Bir gün adam oldum nə məhəbbət bu şəhərdə , 
Hər gün bu fikirlərdə göründüm bu həyatdır.

Bir gün yağış oldum əsəbimnən yerə endim , 
Bir gün boran oldum qəzəbimnən buza döndüm , 
Bir gün günəş oldum ədəbimnən mən isindim , 
Hər gün dəyişildikcə düşündüm bu həyatdır .

Bir gün külək oldum uca dağlar ətəyində , 
Bir gün gərək oldum çoxunun duz çörəyində , 
Bir gün ürək oldum necə insan ürəyində , 
Hər gün o ürəklərdə döyündüm bu həyatdır !
Категория: www.VID.az Life | Просмотров: 711 | Добавил: Riko | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]