15:59 Bax belə sevərəm səni.. | |
Sus indi... Yalnız dinlə... Elə sevərəm ki səni, gözün açıqkən ətrafında gördüyün insanların siluetinə qarışar məndən bir şeylər. Saçlarım, gülüşüm, danışığım. Ətrafındakı insanlara mən gözüylə baxarsan artıq. Ən çox səsimi bənzədərsən. Sanki yanı başındaymışam kimi. Yatarkən addımı sayaqlayarsan şüursuzca. Eşidənlər kim olduğumu soruşduqda qızarar üzün şərh edə bilməzsən. Açıqlama etmək istəsən üç hərfi yan-yana gətirib adıma 'EŞQ' deyə bilməzsən. Elə sevərəm ki səni, adımı ağzına almağa qorxarsan. Elə bir sarılaram ki sənə, illər əvvəl itirdiyim uşaqlığıma qovuşmuş kimi. Gözlərinin kölgəsində keçirərəm ömrümün ən gözəl illərini... Bir sözlə elə sevərəm ki səni, iməkləmədən qaçmaq kimi, ölüb də dirilməyi gözlərcəsinə. Gözümdən düşən yaşa baxmadan bir sevərəm ki səni, tanıya bilməzsən özünü.. Səni elə sevərəm ki, özümdən xəbərim olmaz. İçimdə bir yaşaram səssizcə. Qiyaməti unudaram səmaya açılan ovuclarında. Keçmişimi belə istiqamətləndirərəm sən mənim yanımda olanda.. Qorxmaram nə sevməkdən nə də itirməkdən. Rəbbimin mənə hədiyyəsi olmağın şükürlerimi çoxaldar. Şükr edərəm həm varlığına, həm yoxluğuna. Mənimlə ya da mənsiz keçirdiyin hər anına... Qısqanclığıma söz etdirmərəm. Paylaşa bilmərəm səni. Paylaşa bilmərəm səsini, nəfəsini, gülüşünü qısaca hər şeyini. Həsrətin tərifini edə bilməz lüğətdəki bütün sözlər. İtirər mənalarını sənin olmadığın zamanlardakı gülüşlər. Sənə mənim gözümlə baxan gözlərə beddualar edərəm!! Elə sevərəm ki səni, "Hardan səni sevdim" deyə şikayətlər edərsən. Amma əslində bu şikayətlərin altında gizlənən "İllərdir harda idin sən" düşüncəsi... :) Baax belə sevərəm səni, İLLƏR KEÇSƏ BELƏ DAHA DA DADLANAN ŞƏRAB KİMİ ツ | |
|
Всего комментариев: 0 | |