Главная » 2013 » Avqust » 31 » Bakı metrosunda ədəbsizlik -Fotolar
15:52
Bakı metrosunda ədəbsizlik -Fotolar


Bakı metrosunun stansiyalarında yeniyetmə, gənc, eləcə də yaşlı insanların etdikləri yersiz-ədəbsiz hərəkətlər zaman-zaman sakinlərin narahatlığına səbəb olur.


Gün.Az Publika.Az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri dünən "Sahil” stansiyasında baş verib. Platformada qatar gözləyən yeniyetmələr insanların sıx olduğu yerdə və relslərin bir neçə santimetrliyində zarafatlaşmağa başlayıblar. Yeniyetmə oğlanlar bir-birlərinə əl-qol zarafatları ediblər.


Bu zaman onlardan biri digərinin ayağına təpiklə vurub. İkincinin başmağı (vyetnamka) relsin üstünə düşüb. Oğlan relsin üstünə düşüb başmağı götürmək istəsə də, polis buna icazə verməyib. Bir neçə dəqiqə ayaqyalın halda metroda gözləyən yeniyetmələr getməyə məcbur olublar.


Digər bir hadisə isə vaqonda baş verib. 28 May stansiyasında qatara minən orta yaşlı kişi ayağını qaldırıb oturacaqların üstünə qoyub. Ətrafdakıların ikrah dolu baxışlarına məhəl qoymayan həmin şəxs bir neçə stansiyanı bu formada gedib.


Категория: www.VID.az Life | Просмотров: 655 | Добавил: Riko | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]