16:33 AZƏRBAYCANDA DAHA MƏHŞUR BIR CÜTLÜK AYRILDI | |
Milli televiziyamızın daha bir ulduz cütlüyü – Azər İsmayılov və Vüsalə İsmayılova (qızlıq soyadı Əlizadə) dörd il birgə yaşadıqdan sonra boşandılar. Kənardan Azər və Vüsaləyə baxarkən onların arasında ilk baxışdan məhəbbət olduğu şübhə doğurmurdu. Hətta birgə həyata başlamalarından bir neçə il ötsə də, onlar yeni evlənmiş şəxslər kimi görünürdülər. Lakin budur, Xəzər TV-də Eldən-elə verilişinin müəllifləri, məşhur teleaparıcılar, əvvəllər ATV-də "Performans” verilişini birgə aparan Azər və Vüsalə ayrılıblar. Azərin səhifəsində yazdığı statuslardan onların boşanmasına səbəb Vüsaləyə xəyanət etməsi olduğu bəlli olur. "Həyatda xoşbəxtlikdən başqa hər bir şeyə nail oldum. İnsan gərək xoşbəxtliyini ehtirasına qurban verməsin.... Mən körpə balamdan ayrılıram, çox üzgünəm... Həyatım, niyə belə oldu bilmədim. Dərdim böyükdü...”- Azər İsmayılov facebook səhifəsində yazıb. Qeyd edim ki , İsmayılovların birgə nikahdan bir qız övladları var. | |
|
Всего комментариев: 0 | |